“Rənglərin ahəngi”. Qrup sərgisi

17.06.2025

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Xətai Sənət Mərkəzində  "Rənglərin ahəngi" adlı qrup sərgisi təşkil olunub. Sərgidə müxtəlif mövzularda əsərlər nümayiş olunub. 

Xalq rəssamı, Rəssamlar İttifaqının sədr müavini, professor Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, "Artsoul" kursunun rəhbəri Sona Nəcəfova çıxış edərək, sərgi iştirakçılarına uğurlar arzuladılar. Sonra, kursun tələbələrinə  diplomlar təqdim olundu. Ardınca isə, rəsmlərə baxış keçirildi.

Tədbirin keçirilməsində əsas məqsəd gələcəyin gənc rəssamlarına dəstək olmaq, onların ölkədə və kənarda təşkil olunan rəsm sərgilərində iştirakını təmin etməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью