“Rənglərlə danışan Abdurrahman” adlı rəsm sərgisi keçirildi

13.05.2026

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təsviri sənət və dizayn” dərnəyinin üzvü Abdurrahman Səlimlinin “Rənglərlə danışan Abdurrahman” adlı fərdi rəsm sərgisi keçirilib.

APA xəbər verir ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının dəstəyi və Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə təşkil edilib.

“Rənglərlə danışan Abdurrahman” sərgisi gənc rəssamın bədii dünyasını, yaradıcılıq potensialını və sənətə sevgisini əks etdirən xüsusi mədəni layihə kimi təqdim olunub.

Sərgidə iştirak edən tanınmış rəssamlar və qonaqlar Abdurrahmanın yaradıcılığı haqqında xoş təəssüratlarını bölüşüblər.

Tədbirin bədii hissəsində isə mərkəzin kollektivinin hazırladığı rəngarəng proqram nümayiş olunub.

Qeyd edək ki, autizm spektrində olan gənc rəssam Abdurrahman Səlimli 2021-ci ildən etibarən mərkəzin “Təsviri sənət və dizayn” dərnəyinin üzvüdür. O, rəssamlığın sirlərini öyrənərək yaradıcılıq inkişafını davam etdirir və daxili dünyasını rənglər vasitəsilə ifadə edir. Onun əsərləri fərdi baxış bucağı, emosional dərinlik və detallara həssas yanaşması ilə seçilir.

Abdurrahman Səlimli həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə keçirilən sərgilərdə uğurla iştirak edib. O, Yaponiya, Belarus, Qazaxıstan və digər ölkələrdə təşkil olunan beynəlxalq rəsm müsabiqə və sərgilərində I, II və III yerlərə, eləcə də xüsusi mükafatlara layiq görülüb. Eyni zamanda, Azərbaycanda keçirilən müxtəlif sərgilərin qalibi və laureatı olub.

Gənc rəssam mərkəzin “Çiçəyim” uşaq teatrının da üzvüdür. O, müxtəlif tamaşalarda çıxış edib və iştirak etdiyi uşaq teatrı festivalında I yerə layiq görülüb.

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə Şahın orden bağışladığı, Dəmirəlin heyran qaldığı "Ağ çiçək" - Səhnəmizin kimsəsiz Leylisi Xalq artisti "Fəxri diplom"la təltif olundu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью