Renka sürücülərə od püskürdü: “Necə tərbiyəsiz...”

08.10.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəqqasə Rəna Ağamuradova (Renka) yollarda qarşılaşdığı sürücülərin davranışından narazılığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı fikirlərində avtomobil idarə edərkən son vaxtlar daha çox gərginlik yaşadığını deyib.

Renka xüsusilə digər avtomobillərin yol hərəkəti zamanı bir-birini sıxışdırmasından narazı qaldığını vurğulayıb. O, hər gün sükan arxasına keçərkən özünü sakit olmağa köklədiyini, lakin bəzi sürücülərin davranışının buna imkan vermədiyini bildirib. pizza hut

“Maşın sürmək məni çox yorur, enerjimi alır və əsəbiləşdirir. Sürücülər bir maşın qabağa keçmək üçün adamı kənara elə sıxışdırırlar ki... Necə tərbiyəsiz sürücülər var. Hər səhər deyirəm ki, sükan arxasında bu gün əsəbiləşməyəcəyəm, sakit olacağam”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью