Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Rəqqasə Rəna Ağamuradovanın (Renka) adından istifadə edərək dostlarından pul istənilib.
Bu barədə o, "İnstagram" hesabında paylaşım edib.
R. Ağamuradova bildirib ki, naməlum şəxs onun adından və fotosundan istifadə edərək tanışlarından "WhatsApp"da pul göndərməsini istəyir.
"Dostlar, mənim adımdan pul istəyirlər. Artıq üçüncü şəxsdir ki, mənə zəng edir. Fırıldaqçıdır", - deyə Renka sosial şəbəkədə yazıb.
Qalereya