Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rəqqasə Rəna Ağamuradovanın (Renka) səhhətində problem yaranıb.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. O, təcili tibbi yardıma müraciət etdiyini bildirib:
"Səhər yenə ölürdüm. Danışa bilmirdim, ağzım söz tutmurdu. Hər şeyi yavaşladılmış formada görürdüm. Təcili yardıma getdim, mənə kofein vurdular. Çox pis idim, indi özümə gəldim, beynim açıldı".