Rep musiqisinin atası mənəm

13.01.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyəli rep ifaçısı, “Lvbel C5” adı ilə tanınan Süleyman Burak Bodurun “Rep musiqinin atası mənəm” açıqlamasından sonra sosial şəbəkələrdə sərt reaksiyalar artıb.

Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, dinləyicilər Ceza və Sagopa Kajmerin adlarını çəkərək "Ceza və Sagopa Kajmerdən sonra sən sadəcə pier atasısan" şərhlərini yazmağa başlayıblar.

Digər repçilərin "Lvbel C5"in açıqlamasına necə reaksiya verəcəyi isə maraq doğurur.

Qeyd edək ki, rap musiqi son illər trap axınının da təsiri ilə ən populyar dövrlərindən birini yaşayır. Ceza və Sagopa Kajmerdən sonra musiqi bazarına daxil olan yeni nəsil repçilər arasında ciddi rəqabət formalaşıb. 

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью