Reperin şirkəti Meta dan 109 milyon dollar tələb edir

06.06.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerikalı reper Eminemin musiqilərinə sahib olan "Eight Mile Style" şirkəti "Meta" şirkətinə qarşı müəllif hüquqlarının pozulması ilə bağlı ABŞ-ın Miçiqan ştatının federal məhkəməsində iddia qaldırıb.

Bizimyol.info xəbər verir ki, iddiada qeyd edilib ki, "Meta" ("Facebook" və "Instagram"ın sahibi olan texnologiya nəhəngi) Eminemin məşhur musiqilərini müvafiq lisenziya olmadan saxlamaq, ifa etmək və yaymaqla müəllif hüquqlarını pozub.

"Los Angeles Times" nəşrinin məlumatına görə, "Eight Mile Style Meta"dan azı 109 milyon dollar məbləğində təzminat tələb edir və məhkəmədən müəllif hüquqlarının pozulmasının müxtəlif formalarının dayandırılması ilə bağlı qərar çıxarmasını istəyir.

Şirkət bildirir ki, bu cür pozuntular Eminemin musiqi irsinə və sənətkarlığına ciddi zərbə vurur və bu səbəbdən məsuliyyət daşıyan tərəf cavab verməlidir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью