Repetitorlar, hazırlıq kursları və canıyla əlləşən Azərbaycan təhsili Valideyn məmnundurmu…
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan təhsilinin düşdüyü böhran davam edir və ən ciddi məsələ repetitorluqla bağlıdır.
Mövzu ilə əlaqədar təhsil üzrə ekspert Nadir İsrafilova müraciət etdik. Nadir müəllim böyük həvəslə KONKRET.az-ın sullarını cavablandırdı.
-Nadir müəllim, əgər dövlətin rəsmi fəaliyyət sahəsi hesab edilən məktəblər varsa, repetitorlar və əlavə hazırlıq kurslarları nəyə lazımdır?
-Bir məsələ barədə nə qədər deyilər, yazılar? Sanki, özümüz deyirik, özümüz eşidirik.
Artıq, repetitorluq təhsilimizdə təşəkkül tapdığı vaxtlardan bu yana cəmiyyəti dərindən maraqlandıran, düşündürən və eyni zamanda, birmənalı qarşılanmayan bir problemə çevrilib.
Təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləmə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq, repetitorluq da inkişaf edir, hətta məktəbəqədər təhsil də daxil olmaqla, özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanır.
Burada mürəkkəblik və ziddiyyət ondan ibarətdir ki, bu qeyri-rəsmi fəaliyyət sahəsinin tərəfdarları və əleyhdarları sanki, sözləşiblər.
Tam oxu
Xəbəri oxu