Repetitorluğun sonu GƏLİR Yeni sistem

10.11.2025

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İctimaiyyətdə, xüsusilə də müəllimlər arasında belə bir fikir formalaşıb ki, Elm və Təhsil Nazirliyinin son vaxtlar apardığı müzakirələr — xüsusən müəllimlərin maaşının iş saatına əsasən hesablanması məsələsi — repetitorluq fəaliyyətinin qarşısını almağa yönəlib. Çünki müəllimlərin dərsi bitdikdən sonra məktəbdə qalması onların əlavə repetitorluqla məşğul olmasına mane ola bilər.

Nəticədə, repetitor yanına gedə bilməyən şagirdlər hazırlıq kurslarına üz tutacaq.

Bu isə, öz növbəsində, repetitorluğun məhdudlaşdırılmasının böyük hazırlıq kurslarının inkişafına və bu sahədə müəyyən bir monopoliyanın yaranmasına gətirib çıxarıb-çıxarmayacağı sualını gündəmə gətirir.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndi nazirliyin sözügedən yeni qərarının təhsil müəssisələrinin tabeliyində şagirdlərə əlavə hazırlıqların keçilməsinə səbəb ola biləcəyini bildirib.

“Bu qərarın hazırlıq kurslarına əlavə üstünlük verəcəyini düşünmürəm. Çünki iş saatına görə müəllimlərə əməkhaqqı veriləcəksə, şagirdlər dərs saatından sonra məşğələlərə saxlanıla bilər. Bu da kurslara, orada çalışan repetitorlara da sərf etməyəcək. Çünki kurslarda da əməkhaqqı aşağı olacaq”.

Elçin Əfəndi vurğulayıb ki, iş saatına görə əməkhaqqı məsələsi 2027-ci il və ondan sonrakı illərdə tətbiq ediləcək.

“Bu qərar şagirdi “balıq” kimi görənlərə sərf etməyəcək”

“Əlbəttə əməkhaqqının iş saatına görə hesablanması şagirdi "balıq" kimi görüb, öz yanına hazırlığa çəkən müəllimlərə sərf etməyəcək. Bu qayda repetitor hazırlığına təsir göstərəcək, şagirdi hazırlığa yanına çəkmək isyəyənlər də təhsil prosesindən uzaqlaşacaq”, - deyə müsahibimiz fikirlərində qeyd edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью