Repetitorun kürəyinə bıçaq sapladı Məktəb şagirdi müəllimini yaralayıb

15.12.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Sankt-Peterburqda 15 yaşlı məktəb şagirdi müəlliminə bıçaqla hücum edərək həm özünə, həm də müəllimə Marıya Andreevaya xəsarət yetirib.
Bakupost.az xəbər verir ki. hadisə bu gün səhər 191 nömrəli məktəbdə baş verib.
Məlumata görə, şagird Nikita (ad dəyişdirilib) səhər saat 7-də qiymətini düzəltmək üçün müəllimin yanına gəlib. Müəllim arxasını döndərən kimi Nikita bıçağı çıxararaq müəllimənin kürəyinə zərbə endirib və eyni zamanda özünü də yaralayıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Hadisə yerində polis və təcili tibbi yardım xidmətləri fəaliyyət göstərir.
Nikitanın riyaziyyatla bağlı çətinlikləri olub və anası müəllimindən oğluna repetitorluq etməsini xahiş etmişdi.

Girişdə metal deketorlar olmasına baxmayaraq, yeniyetmə bıçağı məktəbə keçirə bilib.


Prokurorluq araşdırma aparır.
Cavid, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью