Report un Avropada yeni bürosu açılıb

22.05.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Report" İnformasiya Agentliyinin Avropada yeni bürosu fəaliyyətə başlayıb.

Oxu.Az xəbər verir ki, büro Belçikanın paytaxtı Brüsseldə yerləşir.

Yeni büroya rəhbər "Report" agentliyinin baş redaktorunun müavini Kəmalə Mustafayeva təyin edilib.

Bu, "Report"un 8-ci xarici bürosudur.

Xatırladaq ki, "Report"un ABŞ-də, Fransada, Türkiyədə, Ukraynada, Rusiyada, Gürcüstanda, Qazaxıstanda büroları fəaliyyət göstərir.

"Report İnformasiya Agentliyi" 2014-cü ildən fəaliyyət göstərir. "Global Media Group" holdinqin tərkibinə daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью