Rəqabət dövrü başlayıb, Avropa buna uyğunlaşmalıdır” Lyayendən ÇAĞIRIŞ

21.01.2025

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Dünyada texnologiya və resurslarla bağlı şiddətli rəqabət dövrü başlayıb.

Sfera.az bildirir ki, bunu İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun (WEF) 55-ci sessiyasında çıxış edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib. O qeyd edib ki, Avropa buna uyğunlaşmaq üçün dəyişməlidir.

“Gərgin rəqabət dövrünə qədəm qoymuşuq. Quruda və kosmosda, Arktikadan Cənubi Çin dənizinə qədər... Yəni dünya dəyişdi və biz buna uyğunlaşmalıyıq”, - Ursula fon der Lyayen bildirib.

O, gələn həftə texnologiyaya, yaşıl keçidə və investisiyalara əsaslanan rəqabət qabiliyyətini artırmaq üçün Aİ strategiyasını təqdim edəcəyinə söz verib.

Türkan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью