Rəqabət olmadığına görə qiymət dayanmadan qalxır | Icma.az
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycanda hər bir regionda yaşayan vətəndaş çalışır ki, öz ipotekasını Bakı şəhərindən götürsün.
Ona görə ki, düşünürlər gələcəkdə övladları paytaxtda təhsil alacaqlar və yaxud özləri qocalanda Bakıya köçəcəklər.
Öz yaşadığı rayonda ipoteka götürən vətəndaşların sayı 2-3 dəfə azdır.
Regionlarda daşınmaz əmlakın qiyməti baha olmadığına görə bir çox vətəndaşlar ipotekaya üz tutmurlar. Onlar şəhər qırağında torpaq alırlar.
Həmin torpağın üstündə imkan etdikcə kiçik bir ev tikirlər".
Bunu Redaktor.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov millət vəkili Zahid Orucun "rayonlarda başa gələn mənzil və evlərin qiyməti aşağı olduğu üçün ipoteka siyasətini dəyişmək və paytaxtdan bölgələrə yönəltmək olar" fikrini şərh edərkən bildirdi.
Ekspert bildirdi ki, ipoteka çox vaxt əlverişli olmur. "Mən başqa cür yanaşardım ki, niyə Bakı şəhərində ən çox daşınmaz əmlakın qiyməti son
Tam oxu
Xəbəri oxu