Reqbi üzrə milli komandalarımızın test matçı keçirilib VİDEO

27.04.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycanın reqbi üzrə yeniyetmələrdən ibarət U12 və U15 milli komandaları birgə məşq prosesi keçirib, test-matçda qüvvələrini sınayıblar.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Reqbi Federasiyası məlumat yayıb.

Yığmalar arasında oyun 30:10 hesabi ilə 15 yaşlıların qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar may ayında müvafiq olaraq Bosniya və Herseqovinada və Özbəkistanda keçiriləcək beynəlxalq turnirlərə hazırlaşırlar.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью