Reqbiçilərimiz beynəlxalq turnirdə 3 cü olublar FOTO

17.05.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Reqbi üzrə Azərbaycanın U12 yığma komandası Bosniya və Herseqovinanın Zenica şəhərində baş tutan beynəlxalq turnirdə iştirak edib.

İdman.biz xəbər verir ki, milimiz yarışı 3-cü pillədə başa vurub.

Komandamız keçirdiyi dörd oyunun ikisində qalib gəlib ikisində uduzub. Turnirin qalibi meydan sahibləri Bosniya və Herseqovina reqbiçiləri olublar, ikinci yeri isə Xorvatiya komandası əldə edbi.

Bundan əlavə yarışda Monteneqro və İtaliya komandaları da mübarizə aparıblar.

Yığmamızın nəticələri

Azərbaycan - Bosniya və Herseqovina - 0:15
Azərbaycan - Xorvatiya - 0:10
Azərbaycan - Serbiya - 10:5
Azərbaycan - Sloveniya - 15:0

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью