Rəqəmsal dahi: 9 cu səviyyə FOTO

31.10.2026

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

30 oktyabr 2026-cı il tarixində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, eləcə Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran regional “ASAN xidmət” mərkəzində gənclərin bilik və məntiq yarışına çevrilən “Rəqəmsal dahi: 9-cu səviyyə” intellektual yarışının final mərhələsi keçirilib.
“Nə? Harada? Nə zaman?” formatında təşkil olunan yarışın final mərhələsində komandalar biliklərini, çevik düşünmə və analitik təhlil bacarıqlarını nümayiş etdirərək qalibiyyət uğrunda gərgin mübarizə aparıblar. Nəticədə Yardımlı rayonunun “Bozqurdlar” komandası birinci yeri qazanıb. İkinci yeri Cəlilabad rayonunun “Nizami” komandası tutub. Astara rayonunun “Nova” komandası isə yarışın üçüncüsü olub.
Yarışın qalibi kubok, medal və diplomla, ikinci və üçüncü yerin sahibləri isə medal və diplomlarla təltif olunublar. Digər üç komanda da fəal iştiraklarına görə təşəkkürnamələrə layiq görülüb.
Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi gənclərin rəqəmsal biliklərini artırmaq, məntiqi və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək, onların intellektual potensialını üzə çıxartmaqdan ibarət olub.

Tural Əliyev,

Lerik rayon Dəstər kənd məktəbinin müəllimi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью