Rəqəmsal dələduzluqla mübarizə üzrə mütəxəssis

03.03.2026

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Təsvir

Rəqəmsal dələduzluğun idarəedilməsi sistemləri ilə müəyyən edilməyən dələduzluq insidentlərinin aşkar edilməsi; Bankın filial və şöbələrindən, o cümlədən məlumat mərkəzi və rəqəmsal kanallardan daxil olan dələduzluq riskləri və insidentlərinin axınının müəyyən edilməsi və məlumat axının düzgün təşkil edilməsi; Məhsul və xidmətlər üzrə dələduzluq faktorlarına dair yoxlamalarının həyata keçirilməsi; Bankın əsas rəqəmsal kanalları (Kart, Mobil, İnternet Bankçılıq) üzrə risk və insidentlərin müəyyən edilməsi və uçotunun aparılması; Rəqəmsal dələduzluq hallarının qarşısının alınması istiqamətində tədbirlərinin həyata keçirilməsi; Aktual rəqəmsal dələduzluq insidentlərinin idarəedilməsi istiqamətində bankdaxili və müştərilər ilə kommunikasiyanın təşkil edilməsi.

Tələblər

Ali təhsil; Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır; Microsoft office proqramları üzrə biliklər; Məlumat sorğulama alətləri üzrə biliklər (PL/SQL, SQL Developer və.s.); Rəqəmsal dələduzluğun idarəedilməsi sistemləri üzrə biliklər.

Müraciət üçün daxil olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью