Rəqəmsal əsrdə həqiqət uğrunda mübarizə | Icma.az
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
- + Yaşadığımız dövr bəşəriyyətə yeni imkanlar təqdim etməklə yanaşı, həm də ciddi çağırışlar gətirir.
İnformasiya istehsalı və dövriyyəsi sürətinə ayaq uydurmağın çətin olduğu əsrimizdə kommunikasiya ekosistemində köklü transformasiya prosesi gedir.
Lakin bu transformasiya prosesi nə qədər müsbət irəliləyişləri ehtiva edirsə, özü ilə mənəvi, mədəni və humanitar sınaqları da gətirir.
Texnologiyanın sürətlə inkişaf etdiyi bu yeni və çətin dövrdə gündəlik həyatın elementlərinə çevrilən süni intellekt və alqoritmlər artıq sadəcə alətlər deyil, həm də güc balansını yenidən müəyyən edən aktyorlardır.
Həqiqətlə yalan arasındakı sərhədin gündən-günə bulanıqlaşdığı və bəşəriyyətin “həqiqət böhranı” da adlandırıla bilən qeyri-müəyyənliklər dolaşıqlığı ilə mübarizə aparmağa başladığı müasir dünyada biz böyük çətinliklərlə üzləşirik və bilirik ki, yeganə çıxış yolu problemlərin bu dolaşıqlığını aradan qaldırmaq üçün effektiv ünsiyyət strategiyaları hazırlamaqdır.
Bizim prioritetimiz cəmiyyətin rifahı naminə texnologiyanın transformasiya etdiyi kommunikasiya ekosisteminin imkan və təhdidlərini effektiv təhlil etmək və idarə etmək olmalıdır.
Son inkişaflar cəmiyyətlərin ünsiyyət vərdişlərini dəyişdirir və rəqəmsal media həyatımızın vacib bir hissəsi kimi önə çıxır.
Tam oxu
Xəbəri oxu