Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu fəaliyyətin əsas məqsədi rəqəmsal və maliyyə konsepsiyalarının tətbiqini təmin etməklə biznes mühitinin rəqəmsallaşdırılmasına dəstək verməkdir. Eyni zamanda bu istiqamətdə praktiki iş təcrübəsinin formalaşdırılması, müxtəlif iqtisadi layihələrin həyata keçirilməsi və yerli şirkətlərin prosesə cəlb olunması prioritet kimi müəyyənləşdirilib.
Bakıvaxtı.az cəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında qurumun İdarə heyətinin sədri Fərid Osmanov deyib.
Sədrin sözlərinə görə, həyata keçirilən layihələr həm Azərbaycanın, həm də digər ölkələrin iqtisadi inkişafına töhfə verməyə yönəlib. Bu çərçivədə dövlətin dəstəyi ilə müxtəlif proqramlar icra olunur, əməkdaşların bilik və bacarıqlarının artırılması, biznes və innovasiya ekosisteminin gücləndirilməsi təmin edilir.
Bildirilib ki, görülən işlər nəticəsində Azərbaycan iqtisadiyyatının rəqəmsal transformasiyası sahəsində mühüm nailiyyətlər əldə olunub və bu istiqamətdə layihələrin icrası davam etdiriləcək.
Zeynəb Rzayeva