Rəqəmsal inkişaf və nəqliyyat naziri Qusarda vətəndaşlarla görüşəcək AZƏRTAC

15.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 15 yanvar, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yanvarın 24-də Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata əsasən, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yanvarın 23-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda yanvar ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью