Rəqəmsal inkişaf və yeni texnologiyalar... | Icma.az
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Süni intellektin tətbiqi qlobal rəqabət mühitində önəmli rol oynayacaq Azərbaycanda bütün sahələrdə olduğu kimi informasiya texnologiyaları sektorunda da dinamik inkişaf müşahidə olunur.
Təsadüfi deyil ki, Azərbaycan Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul edən ilk dövlətdir.
Belə ki, Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” respublikamızda İKT sahəsində yeni bir mərhələnin əsasını qoyub.
İnnovasiyalara əsaslanan İKT sektorunun inkişaf etdirilməsi ilə bağlı strategiya Azərbaycanı müasir ölkəyə çevirməyi qarşıya hədəf qoyan Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir.
İnformasiya təhlükəsiziliyi təmin olunur Respublikamızda informasiya-kommunikasiya texnologiyalarının inkişafına dövlət qayğısı çoxşaxəlidir.
Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiqlənən Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci və 2010-2012-ci illəri əhatə edən dövlət proqramları ölkəmizdə İKT sektorunun inkişafına güclü hüquqi baza yaradıb.
İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın qəbul edilməsi və s.
Tam oxu
Xəbəri oxu