Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Ölkədə İqtisadi Şura da var. O Şuraya baş nazir sədrlik edir. Ancaq yeni Şuranın statusu daha yüksəkdir. Çünki bu qurumlarüstü quruma birinci vitse-prezident Mehriban Əliyeva sədrlik edir. Birinci vitse-prezident ölkədə ali hakimiyyət ierarxiyasında ikinci vəzifədir. RİŞ-ya birinci vitse-prezidentin sədr təyin edilməsi rəqəmsal transformasiyanın bir saylı prioritetlərdən biri, hətta birincisi sayılması deməkdir. Deməli, birinci vitse-prezident Mehriban Əliyevanın RİŞ-ya rəhbərlik etməsi təkcə bu qurumun rəsmi ierarxik statusunun yüksək olması deyil və təkcə rəqəmsal transformasiyanın prioritet sıralamasındakı öncüllüyü də deyil. Bu, həm də qarşıya qoyulmuş məqsədin sürətli və qüsursuz icra olunacağına əminlik deməkdir.
Bilirsiniz, bir işdə təkcə bilik bəs etmir, təkcə təşəbbüskarlıq da kifayt deyil, ayrılıqda innovativ yanaşma da yetərli olmaya bilər. Ən əsas meyarlardan biri də uğur təcrübəsidir. Yəni indiyədək qazanılmış uğurlarla zənginləşdirilmiş şəxsi-rəsmi portfolio olduqca önəmlidir.
Mehriban Əliyeva indiyə qədər bir sıra nəhəng mötəbər beynəlxalq tədbirlərin təşkilatçısı, bir çox yüksək rəsmi, ictimai qurumların rəhbəri, bir çox humanitar hərəkatların lokomotivi olub. Bunların da hamısında uğur qazanıb. İstisnasız olaraq.
Azərbaycanda Avroviziya mahnı müsabiqəsi keçirilib, bu, həmin müsabiqənin tarixindəki ən uğurlu təşkilatçılıq örnəyi idi. Birinci Avropa oyunları keçirilib, bu, ümumiyyətlə, təkrarlanması mümkünsüz olan bir nailiyyət idi. IV İslam Həmrəyliyi oyunları həmçinin...
Bəzi işlər o qədər yaxşı görülür ki, sonra bir başqası o işləri daha yaxşı görə bilməyəcək. Elə rekordlar var, onu rekordçunun özündən başqa təzələyən olmur. Bəzi sənət əsərləri var, onlardan daha yaxşısını yaratmaq, ümumiyyətlə, mümkün görünmür. Məsələn, ikinci "Cakonda" yaradacaq ikinci Leonardo da Vinçi yoxdur; rəssamın bu dünyadan gedişindən beş əsr keçib, ancaq onun bənzəri hələ gəlməyib, daha bir "Mona Liza" yarada bilməyib. Bəlkə beş əsr sonra da olmayacaq. Bəlkə də heç vaxt. Odur ki, yaxşı işlərin anoloqu bəzən heç olmur. Birinci vitse-prezidentin portfoliosu bu cür əməllərlə zəngindir.
İndiki dövr isə yeni bir eraya keçiddir - rəqəmsallaşma, sünü zəka erasına. Kim uğurla keçid edə bilsə, o, prosesin önündə gedəcək, kim geri qalsa, modern texnofeodalizmin vassalına, qlobal trendin autsayderinə çevriləcək. Bax, bu səbəbdən Azərbaycanda rəqəmsal keçid, Aİ əsaslı cəmiyyət quruculuğundakı icraat Mehriban Əliyevaya həvalə olunub. RİŞ və bu quruma rəhbərlik bariz nümunədir.
Bəli, Mehriban Əliyeva hələ hakimiyyət ierarxiyasında Konstitusion vəzifə tutana qədər öz təbii - emosional intellekt səviyyəsini, unikal təşkilatçılıq talantını, konitiv imkanlarını göstərə bilmişdi. İstər ölkə içində, istərsə də beynəlxalq miqyasda yüksək ictimai-mədəni platformalarda öz potensialını Ancaq RİŞ bir başqa bilik, üstəgl əməl meydanıdır; hədəf kifayət qədər aydın, məqsəd fövqəladə dərəcədə aktualdır. Rəqəmsal keçid faktik olaraq dövləti yenidən qurmaq kimi bir işdir. Bu - keyfiyyətcə yeni və miqyasca nəhəng quruculuq mərhələsinin ön sırasında - işin başında, əlbəttə, ölkənin birinci şəxsi durur. Rəqəmsal transformasiyanın -bu, fərqli tarixi-texnoloji formasiyanın ideya müəllifi - ideoloqu, təşəbbüsçüsü, ilham qaynağı, əlbəttə, Prezidentin özüdür. Dövlət başçısı özü də, yeni çağın qlobal tendensiyalarından az-çox xəbəri olan hər kəs də bilir ki, bu işin pis görülmə riski, yetərsiz qalma lüksü, yanlış yönləndirilmə şansı yoxdur. Ona görə də Prezident bir başqasını deyil, məhz birinci vitse-prezident Mehriban Əliyevanı ölkədə rəqəmsal inkişafın lokomotivi olaraq görür. Buna əslində "rəqəmsal inqilab" da demək olar. Belə bir innovariv transformasiya, yenilənmə- yaradıcı inqilab Azərbaycanda öz bayraqdarını doğru yerdə axtarıb tapıb...
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol. info