“Rəqəmsal irqçiliklə mübarizə üçün proaktiv tədbirlər görülməlidir” Emmanuel İlyas

27.10.2026

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Qlobal rəqəmsal mühitdə irqçilik və ayrı-seçkiliklə mübarizə aparmaq üçün yeni alətlər hazırlanmalı, mövcud vasitələr isə təkmilləşdirilməlidir.

SİA xəbər verir ki, bunu Avstraliyanın Viktoriya ştatında yerləşən Deakin Universitetinin baş elmi işçisi Emmanuel İlyas Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan “Mədəniyyətlərarası rəqəmsal gələcək: Rəqəmsal və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal bacarıq” adlı panel sessiyasında deyib.

O bildirib ki, əsas məqsəd rəqəmsal irqçiliklə mübarizəni genişləndirmək, stereotipləri və qərəzləri aradan qaldırmaq üçün mədəni məlumatlılığı artırmaqdır.

E.İlyasın sözlərinə görə, irqçilik və ayrı-seçkilik ciddi problemdir və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Süni intellekt alətləri təkmilləşdirilərkən də həmin məsələlər nəzərə alınmalıdır.

O qeyd edib ki, problemlərin qarşısını əvvəlcədən almaq daha səmərəli yanaşmadır. Əks halda, rəqəmsal parçalanmanın dərinləşməsi qaçılmaz ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью