Rəqəmsal məktəb platformasında valideynlər iradlarını niyə yaza bilmir? ŞİKAYƏTƏ RƏSMİ CAVAB

22.01.2026

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Rəqəmsal məktəb" platformasında mövcud olan "Məktəb sorğusu" bölməsi vasitəsilə valideyn məmnuniyyətinə dair sorğu prosesindən şikayət var.

Oxu.Az-a müraciət ünvanlayan bir valideyn qeyd edib ki, sözügedən platformada sorğu-sualdan sonra əlavə şərh bölməsinə irad yazdıqda mətni göndərmək mümkün olmur.

Onun sözlərinə görə, 500 sözlük irad bölməsində qeyd etdiyi şərhi silən kimi sorğu-sual qəbul olunur:

"Məktəbdən israrla xahiş etdilər ki, onlayn sorğuda iştirak edək. 20 ədəddən çox sual idi. Altda da əlavə 500 sözlük şərh yeri var idi. Mən də valideyn kimi, öz iradımı bildirmək istədim və şərh yazdım. "Göndər" düyməsini vuranda ekrana "xəta baş verdi" bildirişi çıxır. Azı 5-6 dəfə cəhd etdim, lakin nəticə eyni oldu. Dedim ki, qoy şərhi silim, bir də elə yoxlayım. Nə baş versə yaxşıdır? İradı şərh yerindən silən kimi sorğuya cavab qəbul olundu".

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, platformada mövcud olan "Məktəb sorğusu" bölməsi vasitəsilə valideyn məmnuniyyətinə dair sorğu keçirilir:

"Məqsəd ümumi təhsil müəssisələrinin fəaliyyətini qiymətləndirmək, məktəb-valideyn əməkdaşlığını inkişaf etdirmək, fəaliyyətin daha səmərəli təşkilinə dəstək vermək, həmçinin effektiv kommunikasiya imkanlarını genişləndirməkdir. Bu funksiya valideynlərə məktəbin fəaliyyətini platforma vasitəsilə dəyərləndirmək imkanı yaradır. Sorğuların nəticələri ümumi təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və ehtiyacların müəyyənləşdirilməsi üçün əsas göstərici kimi istifadə edilir. "Rəqəmsal məktəb" platformasında valideyn sorğusu üzrə 500 söz yox, 500 simvolluq (hərf, rəqəm, durğu işarəsi və s. - red) şərh nəzərdə tutulub. Bu limit aşıldıqda mətni göndərmək mümkün olmur. Valideynlər qeyd edilən simvol sayını aşmamaq şərti ilə qeydlərini əlavə edə bilərlər".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью