Rəqəmsal mühitdə uşaqlara qlobal risklər var?

21.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Şəxsi Məlumatların Qorunması üzrə Dövlət Xidməti uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəkləri potensial risklərdən qorunması məqsədilə “TikTok”, “Instagram”, “Facebook”, “YouTube”, “X” və “Discord” platformaları haqqında öz təşəbbüsü ilə yoxlama aparıb.

"Cebheinfo.az"-ın məlumatına görə, qrum tərəfindən verilən açıqlamada bildirilir ki, uşaqların sosial mediadan istifadə edərkən şəxsi məlumatlarının qorunması və “uşaqların yüksək maraqları” prinsipi çərçivəsində tədbirlər həyata keçirilir. 

Qeyd olunub ki, uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəyi potensial risklərdən qorunması məqsədilə sosial media platformalarında uşaqların şəxsi məlumatlarının necə işlənildiyi və hansı qoruyucu tədbirlərin alındığı məsələləri araşdırmaq üçün “TikTok”, “Instagram”, “Facebook”, “YouTube”, “X” və “Discord” platformaları üzrə Şəxsi Məlumatların Qorunması üzrə Dövlət Xidməti öz təşəbbüsü ilə yoxlama aparılmasına qərar verilmişdir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью