525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqlarını təsdiqləyib. 1 aprel 2027-ci ildən AZIPS üzrə xidmət haqlarının yuxarı həddi 2 dəfə, XÖHKS üzrə isə 1,5 dəfə azalacaq. Ani Ödənişlər Sistemində daha aşağı tariflər tətbiq ediləcək".
İqtisadçı ekspert Eyyub Kərimli bunu 525.az-a söyləyib. Ekspert vurğulayıb ki, bu dəyişiklik bankların ödəniş əməliyyatları üzrə xərclərini azalda bilər. Lakin həmin azalma vətəndaşın kartdan və ya hesabdan köçürmə zamanı ödədiyi komissiyanın avtomatik ucuzlaşması demək deyil.
Əsas gözlənti budur: xərclərin azalması müştərinin cibində də hiss olunsun. Bunun üçün banklar arasında rəqabət, tariflərin şəffaflığı və daha sərfəli ani ödəniş imkanlarının genişlənməsi vacibdir:
"Rəqəmsal ödənişlərin üstünlüyü sürətlə yanaşı, münasib qiymətlə də ölçülməlidir".
Sevinc Qarayeva