Rəqəmsal problemlərə görə şirkətlər cavabdehdir Mütəxəssis

27.10.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

“Rəqəmsal məkanda yaranan problemlərin həlli məhsulun hazırlanması mərhələsindən başlayaraq tənzimləmə və son istifadəçiyə qədər uzanan məsuliyyət tələb edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Deakin Universitetinin baş elmi tədqiqatçısı Amanuel Elias VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, rəqəmsal mühitdə məsuliyyətin bölüşdürülməsini müzakirə edərkən texnologiya şirkətlərinin rolu xüsusi nəzərə alınmalıdır. Onun sözlərinə görə, sosial media və digər rəqəmsal platformalarda yaranan mənfi nəticələrin qarşısını almaq üçün təkcə istifadəçilərin rəqəmsal bacarıqlarını artırmaq kifayət deyil.

A.Elias vurğulayıb ki, dövlətlər bu sahədə qanunvericilik və tənzimləmə mexanizmləri tətbiq etsələr də, məsuliyyət məhsulu hazırlayan şirkətlərdən başlamalıdır. Çünki rəqəmsal alətlərin quruluşu və iş prinsipi onların istifadəsinə və yarada biləcəyi nəticələrə birbaşa təsir göstərir:

“Rəqəmsal məkanda mənfi halların qarşısını almaq üçün şirkətlərin, dövlətlərin və son istifadəçilərin üzərinə düşən öhdəliklər aydın müəyyənləşdirilməlidir. Bu zəncirdə son istifadəçi də məsuliyyət daşıyır, lakin əsas məsuliyyət texnologiyanın yaradılması mərhələsindən başlayır”.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью