Rəqəmsal savaş: Avropa öz sosial şəbəkəsini yaradıb

26.01.2026

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşrinin məlumatına görə, “W” layihəsi ilk növbədə Avropa auditoriyası üçün nəzərdə tutulub.
Şəbəkə hakimiyyət orqanları və vətəndaş cəmiyyəti təşkilatları arasında “sistemli dezinformasiya” nın yayılması və rəqəmsal platformalar üzərində nəzarətin itirilməsi ilə bağlı artan narahatlıqlara cavab olaraq yaradılıb.
“eBay” şəbəkəsinin keçmiş icraçı direktoru, əvvəllər məxfilik üzrə baş məsul şəxs vəzifəsində çalışmış Anna Tsayter “W” platformasının rəhbəri təyin edilib. Tərtibatçıların dediyinə görə, platforma Amerikanın sosial mediasından uzaqlaşmaq, Avropa İttifaqı (Aİ) ərazisində idarə olunan və yerləşdirilən xidmətdən yararlanmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Məlumatda bildirilir ki, “W” adı iki “V” – “dəyərlər” və “təsdiqlənmiş” hərflərinin birləşməsidir. Platforma təsdiqlənmiş mənbələrlə işləmək, istifadəçinin məcburi identifikasiyası, bütün infrastrukturun Avropada yerləşdirilməsi və yerli hakimiyyət orqanları tərəfindən nəzarət prinsiplərinə əsaslanır.
“W” platformasının istifadəyə verilməsi avropalı siyasətçilərin və tənzimləyicilərin ictimai-siyasi müzakirələr üçün rəqəmsal məkanlara nəzarəti bərpa etmək səyləri ilə üst-üstə düşür.
“Avropada yaradılan, idarə olunan və yerləşdirilən sosial platformaya kəskin ehtiyac var. “W” sosial şəbəkəsinin əsas prinsipləri istifadəçinin yoxlanılmasını, söz azadlığını və məlumatların qorunmasını nəzrədə tutur”, - platformanın rəhbəri Anna Tsayter vurğulayıb.
“W” hazırda “wsocial.eu” saytında beta versiyada mövcuddur. Qeydiyyat üçün xüsusi kod tələb olunur və mobil proqramlar hələ mövcud deyil. Tam işə salındıqdan sonra istifadəçilər məzmunu dərc etmək üçün öz şəxsiyyətlərini təsdiqləməli olacaqlar. Bütün sosial şəbəkə məlumatları Aİ ərazisindəki serverlərdə saxlanılacaq.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью