Rəqəmsal Səhiyyə Mərkəzi: Elektron resept bütün tibb müəssisələri üçün keçərlidir

05.02.2025

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Elektron resept ölkə üzrə fəaliyyət göstərən bütün tibb müəssisələri üçün keçərlidir.

“Report” xəbər verir ki, bunu Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.

O bildirib ki, bu məsələ ilə bağlı hazırda hansısa cərimə tətbiqi nəzərdə tutulmayıb:

“Elektron resept həm özəl, həm də dövlət tibbi müəssisələri üçün uyğundur. Hazırda bununla bağlı vətəndaşlara hansısa sanksiya tətbiq olunmayıb. Bütün apteklərdə mobil tətbiqlərdə yüklənən tətbiqlər vasitəsilə prosesi icra edə bilərlər”.

Mütəxəssis qeyd edib ki, elektron reseptin vətəndaşlar üçün üstünlükləri çoxdur:

“Kağız reseptlər zədələnə bilir və onu itirmək mümkündür. Elektron reseptlər isə kağız daşıyıcıların elektron alternatividir. Həm də şəffaflığın təmin olunmasına xidmət edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью