Rəqəmsal yayıma keçidlə bağlı radio yayımçılarına subsidiyalar veriləcək

15.01.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rəqəmsal radio yayımına keçid ilə əlaqədar yerüstü radio yayımçılarının yayım xərcləri üçün subsidiya veriləcək.

"Report" xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2024-cü il üzrə ümumi hesabatında məsələ yer alıb.

Məlumata əsasən, bununla bağlı "Azərbaycan Respublikasında rəqəmsal radio yayımına keçid ilə əlaqədar yerüstü radio yayımçılarının yayım xərcləri üçün subsidiya verilməsinin Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsini hazırlanıb.

Hesabatda qeyd olunub ki, layihənin son versiyası tam hazır olduqdan sonra Nazirlər Kabinetinə göndərilməsi nəzərdə tutulub.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью