Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
"Rəqəmsallaşma bizə həm böyük imkanlar açır, həm də ciddi risklər yaradır”.
Bu fikirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, mövcud təhsil sistemi və universitet modeli səmərəli deyilsə, bu qeyri-effektiv sistemə müasir texnologiyaların tətbiqi doğru deyil. Səmərəsiz təhsil modelinə yeni texnologiyaların gətirilməsi həmin sistemin ömrünü uzadır. Sistem dəyişməlidir:
“Rəqəmsallaşma o zaman məna kəsb edir ki, müəllimin əməyini yüngülləşdirir, tələbənin öyrənmə prosesində iştirakını artırır və tələbə mərkəzli mühit yaranır”.
Sevinc QARAYEVA