Rəqib məşqçi Ronaldodan avtoqraf istədi İdman və Biz

30.11.2024

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Damak” klubunun baş məşqçisi Kosmin Kontra Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda məğlub olduqları (0:2) “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldodan avtoqraf istəyib.

İdman.biz xəbər verir ki, sözügedən oyundan sonra rumıniyalı mütəxəssis portuqaliyalı ulduza iki futbol köynəyini imzaladıb.

Qeyd edək ki, Ronaldo "Damak"la oyunda dubl edib. Ümumiyyətlə, o bu mövsüm bütün yarışlarda 18 matçda iştirak edib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью