Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Rəqib mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Misli Premyer Liqasının üçüncü turu çərçivəsində "Şamaxı" "Qəbələ" ilə qolsuz heç-heçəyə razılaşıb.
QOL.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
“Rəqib mövsümün əvvəlindən ən yaxşı oyununu keçirdi. Bizim üçün çətin oldu. Bunun öhdəsindən gəldik və bir xal qazandıq. Bu vəziyyətdə nəticə pis deyil. Hücumlarda daha diqqətli və dəqiq oynamalı idik. Ümumilikdə, futbolçularımdan razıyam. Səhvlərimiz var, amma nikbinəm. Növbəti oyunlara fokuslanacağıq”.