Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci - sonuncu turunda "Çelsi"yə Neapolda uduzaraq (2:3) mübarizəni dayandıran "Napoli"nin baş məşqçisi Antonio Konte fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı saytı belə çatdırıb:
"Qol vəziyyətlərindən istifadə fərqi yekun nəticəni müəyyənləşdirdi. Rəqib son nöqtəni qoymaq planında amansız idi. Amma biz istənilən halda, komandamızla qürur duyuruq. Yaxşı oynadıq və məncə, daha artığına layiq idik.
Bu gün "Çelsi" üçüncü zonada bizdən daha yaxşı göründü. Əlbəttə ki, turnirdə qalmaq istəyirdim".
Xatırladaq ki, "Napoli" Liqa mərhələsini 30-cu yerdə tamamlayıb.
Nihat