Rəqibə hörmətlə yanaşsaq...

25.06.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Rəqibə hörmətlə yanaşsaq..."

Kot-d'İvuar milli komandasının baş məşqçisi Emers Fae DÇ-2026-nın E qrupunun 3-cü turunda Kürasao ilə keçiriləcək matçdan öncə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, FİFA-nın rəsmi saytına açıqlama verən Fae bildirib: 

"Bu matçda ən vacib amil Ekvador (1:0) və Almaniya (1:2) ilə oyunlarda göstərdiyimiz fədakarlığı, əzmi və intensivliyi yenidən nümayiş etdirməyimiz olacaq. Əgər rəqibə hörmətlə yanaşsaq, düşünürəm ki, növbəti mərhələyə keçmək üçün yaxşı şansımız olacaq. Almaniyaya məğlubiyyətdən sonra toparlanmaq üçün vaxtımız oldu. Komandanın əhval-ruhiyyəsi yaxşıdır. Futbolçular dünya çempionatının pley-off mərhələsinə tarixi vəsiqə qazanmağa yaxın olduqlarını bilirlər".

Qeyd edək ki, Kürasao yığması keçirdiyi iki oyundan sonra bir xalla qrupda sonuncu, dördüncü pillədə qərarlaşıb. Kot-d'İvuar isə üç xalla ikinci yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью