Rəqibimiz əslində UEFA imiş

06.05.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Rəqibimiz əslində UEFA imiş"

Madrid meri Xose Luis Martines-Almeyda "Atletiko"nun Çempionlar Liqasından kənarlaşmasından sonra UEFA-nı sərt tənqid edib.

QOL.az xəbər verir ki, "The Touchline" nəşrinin məlumatına görə, o, "Arsenal"a 0:1 hesablı məğlubiyyətdən sonra qitə futbol qurumunu qərəzlilikdə ittiham edib: 

"Rəqibimizin "Arsenal" olduğunu düşünürdüm, amma əslində UEFA imiş".

Mer bildirib ki, matçdakı bəzi qərarlar "Atletiko"nun zərərinə olub və komanda əslində UEFA-ya qarşı mübarizə aparıb.

Xatırladaq ki, Londonda keçirilən oyunda Bukayo Sakanın qolu ilə qalib gələn "Arsenal" yarımfinala yüksəlib, "Atletiko" isə turnirlə vidalaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью