“Rəqibimiz nəhəngdir, amma məqsədimiz dəyişmir” Zedadka

19.10.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək "Sabah"ın müdafiəçisi Akim Zedadka matçdan öncə keçirilən mətbuat konfransında iştirak etdi. Sport24.az xəbər verir ki, əlcəzairli futbolçu matç haqqında fikirlərini bölüşdü:

– Bizi necə çətin və gərgin bir qarşılaşmanın gözlədiyini yaxşı bilirik, çünki bu, Çempionlar Liqasıdır. Lakin meydana hər zaman qalib gəlmək üçün çıxırıq. Əsas məqsədimiz tribunalara gələn azarkeşlərimizin və ailələrimizin önündə ən yaxşı futbolumuzu nümayiş etdirməkdir. Əlbəttə, rəqibin "Borussiya" kimi bir "nəhəng" olduğunu nəzərə almalıyıq. Çempionlar Liqasında hər detal fərqlidir. Buna baxmayaraq, komandamızın qələbə mentaliteti olduğu kimi qalır. Bu turnirdə hər bir matçda 3 xal qazanmaq istəyirik. Hamı çətinliyin fərqindədir, lakin inanıram ki, sabah çox keyfiyyətli və baxımlı oyun göstərəcəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью