Rəqibini kəlli ilə vurdu: Messi barədə qərar...

22.08.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

"İnter Mayami"nin kapitanı Lionel Messi və qapıçısı Yan Frey MLS-də "Filadelfiya Union"la keçirilən oyundan sonra cərimələniblər.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, 2:2 hesabı ilə başa çatan görüşdə Messi Kavan Sallivanla yaşanan mübahisə zamanı rəqibinin başına vurub.

Daha sonra Frey də Sallivanla mübahisə edib. Oyunun əlavə vaxtında isə Sallivanla "İnter Mayami"nin digər futbolçusu Yannik Brayt arasında dava düşüb və hər iki oyunçu qırmızı vərəqə alıb.

Müstəqil komissiya oyundakı epizodları yenidən nəzərdən keçirib. Kavan Sallivana verilən qırmızı vərəqə yekdil qərarla ləğv olunub. Messi və Frey isə pul cəriməsinə məruz qalıblar. Cərimələrin məbləği açıqlanmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью