Rəqqasə Fatimədən emosional mesaj: Güclüyəm, çünki taleyə inanıram

22.01.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva sosial şəbəkə hesabında paylaşdığı emosional yazı ilə diqqət çəkib. 
Demokrat.az
xəbər verir ki, o, paylaşımında özünü güclü edən dəyərlərdən, həyata baxışından və insanlara münasibətindən bəhs edib.
Fətəliyeva bildirib ki, onu güclü edən əsas amillər şükür edən qəlbi, nifrəti tanımayan dili və özü ilə barışıq içində olan xarakteridir. Rəqqasə mərhəmət, nəzakət və yaxşılıq anlayışlarının həyatında əsas prinsip olduğunu vurğulayıb.
"Boş mübahisələri sevmirəm. Danışmaqla həll olunmayacağı bəlli olan hər mühitdən uzaqlaşıram", deyə o qeyd edib. 
Fatimə Fətəliyeva haqlı olduğunu bildiyi hallarda belə münaqişədən qaçmağı üstün tutduğunu, kin saxlamadığını, lakin qəlbinin asanlıqla sağalmadığını da açıqlayıb.
Paylaşımında həyatın çətin sınaqlarından keçdiyini bildirən rəqqasə, hər mübarizədən sağ çıxmağın onu daha da gücləndirdiyini deyib: "Həyat yalnız şirin deyil, acı da lazımdır".
Fatimə Fətəliyeva gücünün əsas mənbəyinin Yaradan sevgisi və taleyə olan inancı olduğunu vurğulayaraq, həyat fəlsəfəsini belə ifadə edib: "Kim nə edirsə, özünə edir".

View this post on Instagram

A post shared by Fatimə Fətəliyeva (@fatimafataliofficial)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью