Rəqqasə Renka problemlə üzləşib

06.12.2024

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Rəqqasə Rəna Ağamuradova (Renka) oğlu Muradın üzləşdiyi çətinlikdən söz açıb.
Reyting.az
“Olay”-a istinadla xəbər verir ki, rəqqasə “Rəngarəng” verilişində viza olmadığı üçün onun artıq ikinci ildir ki, onlayn təhsil almaq məcburiyyətində qaldığını deyib:
“Murad Polşada universitetə daxil olub. Amma Polşaya gedə bilmir. Buna səbəb isə səfirliyin ona viza verməməsidir. Oğlum artıq ikinci kursdadır və onlayn şəkildə oxumaq məcburiyyətində qalıb. Viza məsələsi çətinləşib. Adam qalmayıb ki, ona ağız açmayım. Əgər kimsə yolunu bilirsə, yardım etsin”.

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью