Rəqsanə: ”Aysun onu çox axtardı, amma...”

22.01.2026

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müğənni Rəqsanə İsmayılova  ailəsi ilə bağlı açıqlamasıyla diqqət çəkib.

Adalet.az bidirir ki, o, kiçik qardaşını qəbul etmədiyini söyləyib:

“Qardaşım deyir ki, o mənim bacım deyil? Desin, eybi yox.  Mənə o lazımdır? Əlbəttə yox. Mənim bacım da var, qardaşım da. Qardaşımın adı Elçindir,  Gəncədə yaşayır. İdman müəllimidir,  mehribanıq, sıx əlaqələrimiz var. Yaxşı münasibətimiz var. Bu mənim bəsimdir.Bilirsiniz ki, 28 ildən sonra qızım Aysunun atası dedi ki, Aysun mənim qızımdır. Bəs adama deyərlər 28 il idi harda idin?! Axı Aysun onu çox axtarırdı. O, bir ata kimi Aysuna nə edib? Heç nə! Söhbət mənəvi tərəflərdən gedir. Maddi Aysunun heç nəyə ehtiyacı yoxdur. Ata kimi qızına sahib çıxmadı. İndi gəlib Aysunu axtarır. Adamın lap gülməyi gəlir”.

Əntiqə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью