Icma.az, Yenisabah saytına istinadən bildirir.
Müğənni Rəqsanə İsmayılovanın sosial şəbəkədə paylaşdığı yeni fotosessiya görüntüləri marağa səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, sənətçi bu dəfə ağ və qara rənglərin üstünlük təşkil etdiyi fərqli obrazla kamera qarşısına keçib. Rəqsanə ağ baş geyimi, ağ atlas libas və qara dəri gödəkçədən istifadə edib. O, görünüşünü iri kəmər, gümüşü sırğalar və qara laklı çəkmələrlə tamamlayıb.
Rəqsanə görüntülərə qısa, lakin maraq doğuran “KİM OLDU?” sözlərini yazıb və paylaşımda müğənni Üzeyir Mehdizadəni də işarələyib. O, layihənin sabah saat 18:00-da yayımlanacağını bildirib: 18:00-da yayımda! Gözləmədə qalın… Dominos pizza
Belə ki, Rəqsanə bu dəfə Üzeyir Mehdizadə ilə duet oxuyacaq.