Rəqsanə İsmayılova azadlığını neçəyə alıb ? Zərərin bir hissəsini ödənildi

19.11.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində bununla bağlı təqdim olunan vəsatətə baxılıb. Məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.

APA-nın əldə etdiyi məlumata görə, dəymiş zərərin müəyyən hissəsinin ödənilməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən, onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub. Cinayət işi üzrə polis tərəfindən istintaq tədbirləri davam etdirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью