Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bunu müğənni Rəqsanə İsmayılova deyib.
O bildirib ki, bizim ən böyük vəzifəmiz övladlarımızı düzgün yetişdirmək, onları təhsilə, elmə və biliyə yönləndirməkdir. Qoy bütün balalarımız savadlı olsun, istədiyi peşəyə yiyələnsin, vətəninə və cəmiyyətimizə yararlı bir insan kimi formalaşsın:
"Onların işıqlı gələcəyini ancaq sağlam təhsil və nizam-intizamla qura bilərik. Bununla yanaşı, bir vətəndaş olaraq biz hər zaman dövlətimizin və onun qanunlarının yanında olmalıyıq.
Unutmamalıyıq ki, dövlətimizin qəbul etdiyi qərarlar ölkəmizin gələcəyi, əmin-amanlığı və inkişafı üçündür. Əminəm ki, hər birimiz bu qərara görə bir gün dövlətimizə təşəkkür edəcəyik. Odur ki, gəlin dövlətimizin uzaqgörən siyasətinə hörmətlə yanaşaq".
"Bizə düşən əsas vəzifə əsl Azərbaycanlı və dövlətçilik mövqeyimizi qətiyyətlə ortaya qoymaq, dövlətimizə inanmaqdır. Bütöv Azərbaycan dövlətinin atdığı addımları müdafiə edək və hər zaman onun yanında olaq! Hamımız bu qüdrətli Vətənin övladlarıyıq, gəlin dövlətçiliyimizə sahib çıxaq və həmrəyliyimizi qoruyaq!", - deyə R. İsmayılova əlavə edib.