Rəqsanə İsmayılova göz yaşı tökdü Məndən nə istəyirsiniz? ( VİDEO )

29.01.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ARB TV-də yayımlanan "Günə Uğurla” verilişində Rəqsanə İsmayılova fotosessiya qalmaqalı ilə bağlı açıqlama verib/
Demokrat.az
azxeber.com-a istinadən xəbər verir ki, müğənni canlı efir zamanı son günlər baş verənlərlə bağlı açıqlama verərək bunları deyib:
"Gündəmi zəbt edən məsələ ilə bağlı açıqlama vermək istəyirəm. Qeyd edim ki, etdirdiyim fotosessiya konkret bir layihə üçün nəzərdə tutulmuşdu. Sözügedən çəkiliş nə gündəlik geyim, nə də toy-nişan məqsədi daşıyırdı. Buna baxmayaraq, məsələ sosial müzakirələrdə fərqli təqdim olunaraq qınaq obyektinə çevrildim.
Haqqımda danışan jurnalisti əvvəllər tanımırdım, sonradan tanıdım. Məni müzakirə edə bilərdi, lakin həyat yoldaşım haqqında danışmaq düzgün deyildi. Bildirmək istəyirəm ki, mən heç vaxt heç kimin ölüsünə sataşmamışam, heç kimə qarşı hörmətsizlik etməmişəm. Düzdür, bəzi ifadələri işlətməməli idim, lakin bu, mənim ailə üzvlərim barədə açıqlama verilməsinə əsas ola bilməz. Sözügedən fikirlər ailəmdə ciddi narahatlığa səbəb olub”.
Daha ətraflı video məlumatı təqdim edirik:

View this post on Instagram

A post shared by Azxeber Life (@azxeber_life)


Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью