Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
Jurnalist Səidə Bəkirqızı ilə müğənni Rəqsanə İsmayılova arasında qalmaqal bitmir.
Adalet.az bildirir ki, müğənni onun haqqında danışan aparıcıya instagram hesabında canlı yayım zamanı cavab verib. O ifadəsində xoşagəlməz ifadələr işlədib. Müğənninin aparıcını təhqir etməsi, onu özündən çıxarıb.
Belə ki, aparıcı bu barədə hüquqi müstəvidən ölçü götürəcəyini söyləyib. R. İsmayılovanın S.Bəkirqızının atası haqqında danışması aparıcıya xoş gəlməyib.
R.İsmayılova isə fotosesiyasına görə onun həyat yoldaşını təhqir etməsinə susmayacağını bildirib:
“Məndən nə gözləyirdi bəs?! Etdirdiyim fotosesiyaya görə həyat yoldaşımı alçaldır. Kişiliyinə söz deyir. Ayıb deyil?! Mənim yoldaşım bilir ki, onun arvadı müğənnidir. Və mənim fotosesiyada müxtəlif libaslar geyinməyim çox normaldır.
Bunu bütün dünya edir. Mənim daşım nə yaman ağır olub. Bir günlük gəl mənim ərim sənə kişiliyini sübut eləsin. O həddə çatdırırsan ki, sənə bu sözlər deyilir. Yoldaşım icazə verir, belə şəkillər çəkdirirəm. Bundan kimə nə? Niyə yanırsınız”?!
Əntiqə