Rəqsanə xanımı ana obrazında görürəm Təranə Səmədovanın qızı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

25.11.2024

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda həbsxana həyatı yaşayan tanınmış prodüser Təranə Səmədovanın böyük qızı Suel uşaq evində yaşayan bacısı haqda danışıb.

AZXEBER.COM xəbər verir ki, Suel bu haqda "Bir gün" verilişində söhbət açıb.

O, uşaq evində böyüyən bacısının onu tanımadığını deyib:

"Bacım üçün çox darıxıram. Tez-tez gedib onu görürəm. Təəssüf ki, yanına gedəndə o məni tanımır. Bu da məni çox üzür, istəyərdim o yanımda olsun. Amma  bəzi səbəblərə görə o mənimlə qala bilmədi. İnşallah təhsil alıb öz ayağm üstündə durandan sonra bacımı yanıma götürəcəyəm. Mən ana obrazında Rəqsanə xanımı görürəm. Səhvim olanda məni danlayır amma üstümə qışqırmır".

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью