Rəqsanənin boşanması ilə bağlı vəkildən AÇIQLAMA

17.12.2025

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Müğənni Rəqsanə İsmayılova ilə həyat yoldaşı Fazil Əmiraslanovun boşanması barədə rəsmən addım atılmayıb.

KONKRET.az xəbər verir ki, bu sözləri Teleqraf-a Fazil Əmiraslanovun vəkili Ramal Şahmarov deyib.

“Bu haqda hər hansı rəsmi məlumat yoxdur, Fazil Əmiraslanov rəsmən boşanmaq üçün məhkəməyə müraciət etməyib” – vəkil əlavə edib.

Qeyd edək ki, Rəqsanə İsmayılova ötən gün teleproqramların birində “Sizi bilmirəm, mən sevməyə son qoymuşan. Fazillə hər şey bitib”, – deyə açıqlama yayıb.

Xatırladaq ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur.

Qızı Aysun onun borcunun 100 min manatını ödədikdən sonra ifaçı ev dustaqlığına buraxılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью