Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Müğənni Rəqsanə İsmayılovanın əmisi Mirəli İsmayılov ilk dəfə canlı efirə çıxıb və diqqətçəkən açıqlamalar verib.
Milli.Az xəbər verir ki, Mirəli İsmayılov "Günə Uğurla" proqramına qonaq olarkən ailə ilə bağlı səmimi fikirlərini bölüşüb. O, Rəqsanənin atası haqqında danışaraq bildirib ki, "qardaşım vicdan əzabı çəkir, utanır". Bu sözlər studiyada emosional anlara səbəb olub.
Verilişin davamında isə maraqlı məqamlar yaşanıb. Rəqsanə İsmayılova canlı efirdə mahnı ifa edib, əmisi Mirəli İsmayılov isə şeir səsləndirib. Onların bu çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə də müzakirələrə yol açıb.
Canlı yayımda yaşanan bu anlar ailə üzvlərinin səmimi münasibətini gündəmə gətirib.
Ətraflı videomaterialda:
Musa
Milli.Az