Rəqsanənin keçmiş sevgilisi qarət edildi

17.01.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda avtomobildən bahalı qızıl saat oğurlanıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Bakı şəhər sakini Faiq Azayevə məxsus BMW markalı avtomobildən ona məxsus qızıl saat oğurlanıb.

Zərərçəkən hadisə barədə polisə məlumat verib.

Polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Cəfər Camalov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Faiq Azayevin adı mətbuata çox tanışdır. O, müğənni Rəqsanə İsmayılovanının keçmiş sevgilisi olub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью